RU

"Uragan group" cərimələndi

"Uragan Group" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Abşeron Rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovanın icraatındadır. Baxış iclası iyunun 28-da keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 14 İyun 2024, 09:15   
Избранный
91
16
pravda.az

10Источники