RU

Sülh yolu Zəngəzur dəhlizindən keçir

Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması tək Cənubi Qafqaz üçün deyil, bütövlükdə böyük bir coğrafiya üçün mühüm yeniliklərə yol açacaq. Bunun nəticəsidir ki, sülhlə bağlı proses həm beynəlxalq miqyasda diqqətlə izlənir, həm də detallarla bağlı ortaya çıxan yeniliklər mühüm müzakirə predmetinə çevrilir. Məsələn, ötən həftə Ermənistan Xarici İşlər Nazirliyi İrəvanın bir ay ərzində Bakı ilə sülh sazişini yekunlaşdırmağa və imzalamağa hazır olduğunu bəyan etsə də, sülhün imzalanması şərtləri ilə bağlı susmağa üstünlük vermişdi - axı, sülhün əbədi və davamlı olması üçün lazımi şərtlər İrəvan tərəfindən yerinə yetirilməyib, proses ləngidilir. Konstitusiya ilə bağlı dəyişikliklər edilməyəcəyi təqdirdə hansı davamlı sülhdən söhbət gedə bilər?

Digər bir maraqlı məsələ isə Ermənistanın hələ 2020-ci ildən öhdəlik götürdüyü, amma yerinə yetirmədiyi kommunikasiyaların açılması ilə bağlı məsələdir. 10 noyab üçtərəfli Bəyanatında yer alan bu məsələ ötən 4 il ərzində dəfələrlə manipulyasiyaya uğradılıb - Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizin açılışı ləngidilib. Amma deyəsən, Ermənistan yavaş-yavaş üzərinə götürdüyü məsələləri həll etmək qərarını verib. Jurnalistlərə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sülh müqaviləsi imzalanmamışdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, eləcə də sərhədin delimitasiyasını tamamilə mümkünsayır.

ABŞ amili...

Paşinyanın birdən-birə belə fikir işlətməsi, məsələnin həlli iləbağlı müsbət anons səsləndirməsi həm də qəribədir - axı, buvaxta qədər Ermənistan min bir bəhanə və ya yayındırma ilə Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışırdı. Birdən-birə nə baş verdi ki, baş nazir səviyyəsində belə bir fikir səsləndirildi. 

Təbii ki, ilk vurğulanmalı məqam Ermənistanın xarici faktorların fikrinə verdiyi “önəm”dən irəli gəlir. Başqa sözlə, birneçə gün öncə İrəvanda baş tutan Ermənistan və ABŞ arasındakı Strateji Dialoq bu məsələdə mühüm təsiredici qüvvəyə malik olabilər. Təsadüfi deyil ki, bir müddət öncə ABŞ Dövlət Departamentinin yayılan açıqlamasında  bildirilirdi ki, Vaşinqton Şərq-Qərb marşrutu üzrə ticarəti gücləndirmək üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır. Qeyd olunurdu ki, Azərbaycan Qərb bazarlarını Mərkəzi Asiya ölkələri ilə əlaqələndirərək bu ölkələrin qlobal bazarlara çıxışını təminedəcək potensiala sahib olan Qərq-Şərb ticarət yolunun mühümhissəsidir.

Beləliklə, Zəngəzur dəhlizinin açılması məsələsinin beynəlxalq gündəlikdə diqqətlə izlənilməsi faktı bir daha sübuta yetirilir. Azərbaycanın təşəbbüsü ilə meydana çıxan bu təklif özündə mühüm siyasi-iqtisadi əsasları əks etdirir. Ermənistan başnazirinin verdiyi açıqlama da, İrəvanın artıq yeni beynəlxalqticari şaxələnmənin qarşısını almaq fikrindən daşındığını deməyə əsas verir. 

Dəhlizin yaradacağı üstünlüklər... 

Bəli, post-müharibə dövründə regional inkişafın əsas ünsürlərindən birini məhz Zəngəzur dəhlizi - Şərq-Qərb logistik ticarət və yükdaşıma yolu, onun elementləri, keçid məntəqələri və marşrutları təşkil edə bilər. Çünki Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu üzərində ən qısa yol olmaqla istər Qərb, istərsə dəŞərq kontingentindən olacaq tərəfdaşlar üçün effektiv xarakter daşıyır. İnfrastruktur baxımından da Zəngəzur dəhlizi olduqcaəlverişlidir. Dəhlizin Azərbaycandan keçən hissəsində işlər tamhazırdır. Zəngəzur dəhlizinin ən mühüm üstünlüklərindən biriisə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar. 

Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bütövlükdə regiondövlətləri, xüsusilə Ermənistan üçün olduqca vacibdir. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmiryolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək.

Nikbin yanaşma, təhlükəsizliyin təmini...  

Təbii ki, ən əsas məsələlərdən biri dəhlizdə təhlükəsizliyin təminatı məsələsidir. Bu mənada da, Zəngəzur dəhlizi özanaloqlarından seçilir - dəhliz ən təhlükəsiz marşrutlardan birinə çevrilmə perspektivinə malikdir. Dəhliz ətrafında formalaşacaq əməkdaşlıq platformalarında demək olar ki, bütün bölgə iştirakedəcək. Bu mənada, bütün regional faktorların bu dəhlizin təhlükəsizliyinə qarant olacağına ümid böyükdür. Təsadüfi deyilki, Rusiyanın Ali İqtisadiyyat Məktəbinin Hərbi İqtisadiyyat və Strategiya İnstitutunun elmi direktoru Dmitri Trenin bildirib ki, bir sıra ölkələrdə, həmçinin Ermənistanda Naxçıvanla Azərbaycanın əsas hissəsi arasındakı Ermənistandan keçən logistika marşrutuna  Rusiyanın hansısa yolla nəzarət etməsinə oqədər də böyük həvəs yox idi. “Burada ilk növbədə Türkiyənin marağı var. Bu marşrutun böyük iqtisadi əhəmiyyət kəsb etməyəcəyini düşünmürəm, amma geosiyasi əhəmiyyəti, strateji əhəmiyyəti olacaq, əlbəttə ki, Türkiyənin maraqlarına uyğundur”.

Beləliklə, dəhlizlə bağlı aparılan müzakirələrdə bütün predmetlər ortadadır - dəhlizin rentabelliyindən tutmuş təhlükəsizliyinə qədər bütün detallar hərtərəfli şəkildəaraşdırılır. Hətta bu dəhlizin transformasiyası məsələsi də artıq aktuallaşıb - belə ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyasının baş katibi Qaydar Abdikərimov verdiyi açıqlamada bildirib ki, Zəngəzur dəhlizinin perspektivinə nikbin baxır. O deyib ki, Zəngəzur dəhlizi işə düşən kimi onu Orta dəhlizə daxil edəcəklər.

S.İSMAYILZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
50
yeniazerbaycan.com

10Источники