Bu gün futbol üzrə Avropa çempionatına start veriləcək.
İqtisadiyyat.az xəbər verir ki, açılış oyununda Almaniya və Şotlandiya yığmaları üz-üzə gələcək. Münhendə “Allianz Arena”da baş tutacaq görüşə saat 23:00-da start veriləcək.
Turnirə Almaniya ev sahibliyi edir. “Panzerlər” A qrupunda Şotlandiya ilə yanaşı, İsveçrə və Macarıstanla mübarizə aparacaq.
Avropa Çempionatı
A qrupu
14 iyun
23:00 Almaniya – Şotlandiya
Baş hakim: Kleman Turpen (Fransa)
“Allianz Arena”, Münhen.