RU

Federasiya prezidenti basketbol yığması ilə görüşüb - FOTO

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və rəyasət heyətinin üzvləri 3x3 növü üzrə kişilərdən ibarət milli ilə görüşüb.

İdman.biz xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

Qurumun prezidenti yığmamızı Avropa kubokunun final mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. O, basketbolçularımıza qarşıdakı yarışlarda uğurlar arzulayıb. Görüşün sonunda federasiya rəsmiləri yığmanın oyunçuları ilə xatirə şəkilidə çəkdiriblər.

Qeyd edək ki, millimiz Kosovoda keçirilən təsnifat turnirinin qalibi olaraq final mərhələsinə yüksəlib.

İdman.biz

Məqalədə:
Избранный
103
2
idman.biz

10Источники