AZ

Federasiya prezidenti milli komandanın üzvləri ilə görüşdü - FOTO

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və rəyasət heyətinin üzvləri 3x3 növü üzrə qadınlardan ibarət milli ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, qurumun prezidenti yığmamızı Avropa kubokunun final mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. 

O, basketbolçularımıza qarşıdakı yarışlarda uğurlar arzulayıb. Görüşün sonunda federasiya rəsmiləri yığmanın oyunçuları ilə xatirə şəkilidə çəkdiriblər.

Qeyd edək ki, millimiz Kosovoda keçirilən təsnifat turnirinin qalibi olaraq final mərhələsinə yüksəlib.



Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
bizim.media

10Mənbələr