![Qusarda](https://azertag.az/files/2024/2/1200x630/17182970793503534024_1200x630.jpg)
Bakı, 13 iyun, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirilən tədbirlərlə Pərviz Eldarovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, o, həmkəndilərinə məxsus qəbir daşlarını dağıdaraq yararsız hala salıb.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.