Bu gün Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi keçirilib.
QOL.az xəbər verir ki, təqdimat mərasimində F.Santuşla yanaşı AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev də iştirak edib.
Təqdimat mərasimində F.Santuş və S.Hacıyev jurnalistlərin suallarını cavablandırıb.
Xatırladaq ki, portuqaliyalı 69 yaşlı F.Santuş dünən Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.