Qax rayonunun ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
“Far.Az”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qaxbaş kəndinə və şəhər ərazisinə yağış yağıb. Daha sonra isə doluya çevrilib.
Yarım saata kimi davam edən dolu nəticəsində bostan-tərəvəz, həmçinin meyvə ağaclarına və fərdi təsərrüfatlara ciddi ziyan dəyib.
Hazırda Qax rayonunda güclü küləklə müşahidə olunan leysan yağışı yağır.