RU

Bakıda yaşayış binasında lift qırıldı - Xəsarət alanlar var - VİDEO -YENİLƏNDİ

Xətai rayonunda çoxmərtəbəli binada liftin qırılması nəticəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.

Bakupost.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən 7 nəfərdən 6-sı ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Yalnız onlardan biri 1993-cü il təvəllüdlü Cəfərova Xatirə Ədalət qızının hər iki ayağının sınığı olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

***

Bakıda Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində liftdə qəza baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə sakinlər məlumat verib.

Bildirilib ki, lift qırılarkən içərisində 7 nəfər olub. Onlardan ikisi uşaq olub. Xəsarət alanlar var.

Hadisə yerinə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.



Избранный
129
2
bakupost.az

6Источники