RU

Rəqsanə gənc müğənnini məhkəməyə verdi

Rəqsanə mahnısını ifa edən gənc müğənni Fatimə Şirəliyevanı məhkəməyə verib.
 
Bu haqda ARB televiziyasında "Həmin Zaur" verilişində deyilib.
 
Müğənni, mahnını ifa etmək üçün bəstəkardan icazə aldığını bildirib:
 
"Bu mahnını sevərək oxumuşam. Bilirəm ki, Rəqsanə xanımın mahnısıdır. Ondan yox, amma bəstəkar Hikmət Aslanovdan icazə almışam".
 
Daha sonra Rusiyada yaşayan Rəqsanə ilə telefon bağlantısı olub və o,müğənniyə mahnının halallığını vermədiyini deyib:
 
"Bundan dünən məlumatım olub. Təbii ki, ona halallıq vermirəm. Artıq məhkəməyə müraciət etmişəm. Ona görə ki, hər şeyin qaydası var. Mahnını Hikmətin ifasında yox, mənim ifamda eşidib, bəyənib və oxuyub. Mənim qızım da Ağadadaş Ağayevin mahnısını oxudu. Bəstəkardan qabaq ondan icazə aldıq. Böyüyü saymaq, hörmət eləmk lazımdır. Oxuyun, qoy bu mahnı yaşasın. Amma mənə təsir edən saymamazlıq etməkləridir. Mənim Hikmətlə davalarım hələ davam edir, sabah da buna görə məhkəmədə cavab verəcək. Onsuz da o mahnını "youtub"da bağlatdıracağam. Çünki məni saymayıblar. Eyni mahnını qızım Yağmur ayın 28-də klip ilə birlikdə təqdim edəcəkdi. Mən Hikmətdən bütün hüquqlarımı alacağam".
 
Qeyd edək ki, söhbət Rəqsanə İsmayılovanın illər öncə ifa etdiyi "İnanımmı" mahnısından gedir.
 
Həmin ifanə təqdim edirik:
 

Избранный
147
7news.az

1Источники