RU

Avropada 95 milyon insan yoxsulluq riski altında yaşayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqında (Aİ) ötən il təqribən 95 milyon insanın yoxsulluq riski ilə üzləşdiyi bildirilib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələrində yoxsulluq və sosial təcrid riski altında yaşayanlar haqqında məlumat dərc edib.

Bu məlumata görə, ötən il Aİ-də əhalinin 21 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib. Aİ ölkələrində 94,6 milyon insan yoxsulluq həddində yaşayışını davam etdirib.

Yoxsulluq həddində yaşayan insanların nisbətinin ən yüksək olduğu ölkələr 32 faiz ilə Rumıniya, 30 faiz ilə Bolqarıstan, 27 faiz ilə İspaniya və 26 faiz ilə Yunanıstan olub.

Yoxsulluğun və ya sosial təcridin ən aşağı olduğu ölkələr 12 faizlə Çexiya, 14 faizlə Sloveniya, 16 faizlə Finlandiya və Polşa olub.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
87
8
banco.az

9Источники