AZ

Aİ-də 95 milyona yaxın insan yoxsulluq riski altında yaşayır

Ötən il Avropa İttifaqında (Aİ) təqribən 95 milyon insanın yoxsulluq riski ilə üzləşib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ildə Aİ ölkələrində yoxsulluq və sosial təcrid riski altında yaşayanlar haqqında dərc etdiyi hesabatda məlumat verilib.

Ötən il Aİ-də əhalinin 21 faizinin yoxsulluq və ya sosial təcrid riski ilə üzləşdiyi bildirilib.

Aİ ölkələrində 94,6 milyon insan isə yoxsulluq həddindədir.

Yoxsulluq həddində yaşayan insanların faiz nisbətinin ən yüksək olduğu ölkələr Rumıniya (32%), Bolqarıstan (30%), İspaniya (27%) və Yunanıstan (26%) olub.

Yoxsulluğun və ya sosial təcridin ən aşağı olduğu ölkələr Çexiya, Sloveniya, Finlandiya və Polşa olub.

Bundan başqa, yoxsulluq səviyyəsi Almaniyada 21,3 faiz, Fransada 20,4 faiz, İtaliyada isə 22,8 faiz təşkil edib.

Şəbnəm Mehdizadə

Seçilən
142
8
e-huquq.az

9Mənbələr