RU

Sahibə Qafarova Belarus baş naziri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Son bir ayı Azərbaycan-Belarus əməkdaşlığı ayı kimi qiymətləndirən Baş nazir deyib ki, bu dövr ərzində ölkə rəsmiləri arasında qarşılıqlı səfərlərin həyata keçirilməsində kifayət qədər intensivlik müşahidə olunub.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlərin rolu xüsusi vurğulanıb.

Baş nazir Roman Qolovçenko parlamentlərimiz arasında da əlaqələrin ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraq yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, Milli Məclis sədrinin bu səfərinin əlaqələrin parlament ölçüsündə daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.


Telegram kanalımız
Избранный
130
2
yenisabah.az

10Источники