AZ

Sahibə Qafarova Belarusun Baş naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasınarəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Roman Qolovçenkoilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Son bir ayı Azərbaycan-Belarus əməkdaşlığı ayı kimiqiymətləndirən Baş nazir deyib ki, bu dövr ərzində ölkə rəsmiləriarasında qarşılıqlı səfərlərin həyata keçirilməsində kifayət qədərintensivlik müşahidə olunub. Onun sözlərinə görə, BelarusPrezidenti Aleksandr Lukaşenkonun Azərbaycana, Azərbaycan Başnazirinin Belarusa səfəri, həmçinin Hökumətlərarası KomissiyanınMinskdə keçirilmiş növbəti iclası fonunda Milli Məclis sədrininBelarusa səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına çoxmühüm töhfələr verməklə yanaşı, əlaqələrimizin yüksək səviyyədəolduğunun göstəricisidir.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında dövlətbaşçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlərin roluxüsusi vurğulanıb. Bildirilib ki, dövlət başçılarınınəlaqələrimizin genişləndirilməsinə dair tapşırıqları müvafiq dövlətqurumları tərəfindən uğurla yerinə yetirilir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Belarus Respublikasına2018-ci ildə həyata keçirilən rəsmi səfəri, o cümlədən PrezidentAleksandr Lukaşenkonun ötən ay Azərbaycana dövlət səfəri və busəfərlər zamanı imzalanmış sənədlər münasibətlərimizə xüsusi təkanverib. Xatırladılıb ki, bu günədək Azərbaycan və Belarus arasındasiyasi, iqtisadi, sosial, humanitar, elmi-texniki və regionaləməkdaşlıq məsələlərini əhatə edən 150-yə yaxın sənəd imzalanıb ki,bu sənədlər ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm hüquqiəsaslar yaradıb.

Baş nazir Roman Qolovçenko, parlamentlərimiz arasında daəlaqələrin ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraqyüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, Milli Məclissədrinin bu səfərinin əlaqələrin parlament ölçüsündə daha dagenişləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsindəkeçirilən görüşlər barədə məlumat verib. Bildirilib ki, səfərçərçivəsində ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrinədair fikir mübadiləsi aparılıb. O cümlədən, qanunvericiliksahəsində münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlıfaydalı müzakirələr olub. Qeyd olunub ki, ölkələrimiz arasındaəlaqələrə daha da böyük töhfə vermək üçün qanunvericilik sahəsindəbirgə fəaliyyət, o cümlədən parlament komitələri arasındaəməkdaşlığın daha da dərinləşdirilməsi məqsədəuyğundur.

Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərbarədə qarşı tərəfə məlumat verən Milli Məclisin sədri deyib ki,xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəmizdə xalqımızıntəkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişafyoluna qədəm qoyub. Ölkənin iqtisadi-sosial inkişafının əsaslarıformalaşdırılıb. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən neftstrategiyası ölkəmizin qarşısında böyük imkanlar açıb. Hazırda isəPrezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə Azərbaycan bütünistiqamətlər üzrə böyük nailiyyətlər əldə edir.

Baş nazir Roman Qolovçenko da deyib ki, Azərbaycan müstəqillikdövründə möhtəşəm inkişaf yolu keçib.

Söhbət zamanı spiker Sahibə Qafarova Qarabağ və Şərqi Zəngəzuriqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işləribarədə məlumat verib. Bu işlərdə “ağıllı şəhər”, “ağıllı kənd”konsepsiyalarının tətbiq olunduğu, bərpa olunan enerjimənbələrindən istifadə edildiyi diqqətə çatdırılıb. Bərpa işlərindəBelarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşmayüksək qiymətləndirilib.

Görüşdə vurğulanıb ki, Azərbaycanla Belarus arasındaiqtisadi-ticari sahələrdə əməkdaşlıq dinamik inkişaf edir, kəndtəsərrüfatı, emal sənayesi və bir sıra digər sahələrdə daha dayüksək nəticələr əldə etmək üçün yaxşı imkanlar mövcuddur.

Sahibə
Sahibə
Sahibə
Sahibə
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
25
az.trend.az

10Mənbələr