RU

HadisəLənkəranda avtomobil nənə və nəvələri vurub, azyaşlılardan biri ölüb - YENİLƏNİB

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Far.Az”a verilən məlumata görə, iyunun 12-si saat saat 21 radələrində radələrində rayon ərazisində S.Quliyevin idarə etdiyi "VAZ-2105" markalı avtomobil yol kənarında dayanmış "VAZ-21015" markalı avtomobilə çırpılıb. S.Quliyev bundan sonra idarəetməni itirib və 3 piyadanı vurub.

Nəticədə 3 yaşlı D.Məmmədli dünyasını dəyişib, nənəsi - M.Ağalıyeva və 2019-cu il təvəllüdlü U.Məmmədli xəsarət alıblar.

Araşdırma aparılır.

23:07

Lənkəranda avtomobil nənə və nəvələri vurub, azyaşlılardan biri ölüb.

“Far.Az”un Cənub bürosunun məlumatına görə, hadisə Yuxarı Nüvədi kəndində baş verib.

Belə ki, avtomobil 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı və nəvələri - 2021-ci il təvəllüdlü D.M-nı, 2019-cu il təvəllüdlü U.M-nı vurub.

Hər üç yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Üç yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Hazırda M.Ağalıyeva və 5 yaşlı nəvəsinin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
82
10
far.az

9Источники