RU

Lənkəranda avtomobil nənə və nəvələri vurub, azyaşlılardan biri ölüb

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan e-huquq.az-a verilən məlumata görə, iyunun 12-si saat saat 21 radələrində radələrində Lənkəran rayonu ərazisində S.Quliyevin idarə etdiyi "VAZ-2105" markalı avtomobil yol kənarında dayanmış "VAZ-21015" markalı avtomobilə çırpılıb. Sürücü bundan sonra idarəetməni itirib və 3 piyadanı vurub.

Nəticədə 3 yaşlı D.Məmmədli dünyasını dəyişib, nənəsi - M.Ağalıyeva və U.Məmmədli xəsarət alıblar.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
10
e-huquq.az

9Источники