Pekin, 12 iyun, AZƏRTAC
Çinin şərqindəki Ciansi əyalətində helikopter qəzası nəticəsində 3 nəfər itkin düşüb.
AZƏRTAC yerli hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, hadisə günortadan sonra Şanrao şəhərinin Huanqan qəsəbəsində qeydə alınıb.
İlkin araşdırma nəticəsində məlum olub ki, hadisə zamanı helikopetrdə 3 nəfər olub. Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin