RU

Müdafiə qüvvələri gecə Krımda S-300 və S-400 sistemlərini məhv etdi – USQ

Ukrayna Müdafiə Qüvvələri ruslar tərəfindən ələ keçirilən Krımda iyunun 12-nə keçən gecə S-300 və S-400 hava hücumundan müdafiə sistemlərinə uğurlu zərbələr endirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Ukrayna ordusu Belbek yaxınlığında Rusiyanın bir S-300 hava hücumundan müdafiə sisteminə, həmçinin Belbek və Sevastopol yaxınlığında iki S-400-ə qrup şəklində raket zərbəsi endirib.
Bir S-300 və bir S-400-ün məhv edildiyi təsdiqlənib. Baş Qərargah əlavə edib ki, üçüncü radarla bağlı məlumatlar dəqiqləşdirilir.
Избранный
134
38
tribunainfo.az

10Источники