RU

Avropa çempionatı: Açılış oyununun hakimləri müəyyənləşib

Avropa

Bakı, 12 iyun, AZƏRTAC

Almaniya və Şotlandiya milliləri arasında baş tutacaq Avropa çempionatının açılış oyununun hakimləri bəlli olub.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Berlin şəhərində keçiriləcək qarşılaşmadakı ədaləti Kleman Tyurpen qoruyacaq.

Ona yan xətt hakimləri Nikolya Dano və Benjamin Paje kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fransua Leteksye yerinə yetirəcək.

VAR-da Jerom Brisar, onun köməkçiləri Villi Delajo və italiyalı Massimiliano İrrati olacaqlar.

Qeyd edək ki, Almaniya – Şotlandiya matçı iyunun 14-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
4
azertag.az

2Источники