AZ

Açılış oyununun hakimləri müəyyənləşib

Almaniya və Şotlandiya milliləri arasında baş tutacaq Avropa çempionatının açılış oyununun hakimləri bəlli olub.

“İki sahil” UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Berlin şəhərində keçiriləcək qarşılaşmadakı ədaləti Kleman Tyurpen qoruyacaq.

Ona yan xətt hakimləri Nikolya Dano və Benjamin Paje kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fransua Leteksye yerinə yetirəcək.

VAR-da Jerom Brisar, onun köməkçiləri Villi Delajo və italiyalı Massimiliano İrrati olacaqlar.

Qeyd edək ki, Almaniya – Şotlandiya matçı iyunun 14-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Seçilən
49
32
ikisahil.az

10Mənbələr