RU

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib

Cəlilabadda

Cəlilabad, 12 iyun, AZƏRTAC

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.

Belə ki, Təbriz Həsənovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Ramin Şükürovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub. Qəza zamanı hər iki sürücü xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
7
azertag.az

5Источники