AZ

Cəlilabadda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad rayonunun Sabirabad kəndində qeydə alınıb. Təbriz Həsənovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili Ramin Şükürovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində sürücülər xəsarət alıb. Hər iki sürücü rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
7
apa.az

5Mənbələr