Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi başa çatıb
Təsdiq olunan plana əsasən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” taktiki-xüsusi təlimi başa çatıb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
“Qafqaz Qartalı - 2024” təlimində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта