Azərbaycan millisi çövkən üzrə dünya çempionatında növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, Binə Atçılıq Mərkəzində Maltanı 5:0 hesabı ilə yenib.
Azərbaycan yığması iki turdan sonra mübarizə apardığı A qrupunda maksimum nəticə ilə liderdir.
Qeyd edək ki, yığma ilk görüşdə Qazaxıstanı 5:0 hesabı ilə məğlub edib. Komanda A qrupunda Türkiyə, Özbəkistan, Qazaxıstan və Malta ilə mübarizə aparır.