“Azərbaycanla sülh müqaviləsini bir ay ərzində imzalaya bilərik”.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müqavilənin hazırkı mətni yetərincə hazırdır.
Paşinyan, həmçinin sülh müqaviləsi imzalanana qədər Azərbaycanla kommunikasiyaların açılmasını kifayət qədər mümkün hesab etdiyini vurğulayıb.
Xatırladaq ki, Ermənistan XİN də ötən həftə oxşar açıqlama yayıb və Ermənistanın Azərbaycanla sülh müqaviləsini gələn ay ərzində imzalamağa hazır olduğu bildirilib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта