RU

“Sepah” prezidentliyə namizədlərlə bağlı ittihamları rədd etdi

"Sepah" Nəzarətçilər Şurasının təsdiqlədiyi bütün prezidentliyə namizədlərə ehtiramla yanaşır".

Yenisabah.az Sepahnews-a istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK - "Sepah") sözçüsü Ramazan Şərif deyib.

O əlavə edib ki, İİKK namizədlərdən heç birinin lehinə və ya əleyhinə hər hansı tədbir, yaxud təbliğat aparmayacaq.

General Şərif İran Ali Rəhbərinin İİİKK-dəki təmsilçisi Şeyx Abdullah Hacisalehinin guya Nəzarətçilər Şurasına təzyiq göstərdiyi barədə iddiaları təkzib edib.


Telegram kanalımız
Избранный
83
50
yenisabah.az

10Источники