AZ

Kanada SEPAH-ı terror təşkilatları siyahısına saldı


Kanada hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH - İran Silahlı Qüvvələrinin elit bölmələri) terror təşkilatı kimi tanıyıb.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ictimai təhlükəsizlik naziri Dominik Leblan bildirib.
“Hökumətimiz İslam İnqilabı Keşikçiləri Korpusunu Kanada Cinayət Məcəlləsinə əsasən terror təşkilatı kimi tanımaq qərarına gəlib”, - deyə o, qeyd edib.
Nazir əlavə edib ki, bu cür hərəkətləri ilə Ottava Kanadanın “SEPAH terror təşkilatı ilə mübarizə üçün əlində olan bütün vasitələrdən istifadə edəcəyinə dair aydın siqnal göndərir”.
Leblan izah edib ki, hakimiyyət Kanada kəşfiyyat xidmətlərinin tövsiyəsi, həmçinin xarici siyasət mülahizələri əsasında SEPAH-ı terror təşkilatları siyahısına salmaq qərarına gəlib. Onun sözlərinə görə, Ottava kəşfiyyat xidmətlərindən bunun zəruri olduğuna dair güclü və inandırıcı dəlillər alıb.
Kanada xarici işlər naziri Melani Coli isə öz növbəsində İrandakı bütün kanadalıları mümkün qədər tez evlərinə qayıtmağa, ora getmək niyyətində olanları isə bu cür planlardan əl çəkməyə çağırıb. Colinin sözlərinə görə, Kanada hakimiyyətinin SEPAH-ı terror təşkilatı kimi tanıması qərarından sonra İran Kanada vətəndaşlarını saxlamağa başlaya bilər.
Qeyd edək ki, bundan əvvəl CBC telekanalı da Kanadanın SEPAH-ı bu siyahıya əlavə etmək niyyəti barədə məlumat vermişdi. Telekanal bunun xüsusilə 2020-ci ildə Tehrandan havaya qalxdıqdan sonra qəzaya uğrayan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarədəki qurbanları təmsil edən siyasətçilərin və ictimai təşkilatların Ottavaya təzyiqləri ilə bağlı olduğunu qeyd etmişdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
yeniavaz.com

10Mənbələr