RU

Avropada 95 milyona yaxın insan yoxsulluq riski altında yaşayır

Avropada 95 milyona yaxın insan yoxsulluq riski altında yaşayır

Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ildə Aİ ölkələrində yoxsulluq və sosial təcrid riski altında yaşayanlar haqqında məlumat dərc edib. Keçən il Avropa İttifaqında (Aİ) təxminən 95 milyon insanın yoxsulluq riski ilə üzləşdiyi açıqlanıb.Müvafiq olaraq, keçən il Aİ-də əhalinin 21 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib.Aİ ölkələrində 94,6 milyon insan yoxsulluq həddində yaşayıb.Yoxsulluq həddində yaşayan insanların nisbətinin ən yüksək olduğu ölkələr 32 faiz ilə Rumıniya, 30 faiz ilə Bolqarıstan, 27 faiz ilə İspaniya və 26 faizlə Yunanıstan olub.Yoxsulluğun və ya sosial təcridin ən aşağı olduğu ölkələr 12 faizlə Çexiya, 14 faizlə Sloveniya, 16 faizlə Finlandiya və Polşa olub.Yoxsulluq səviyyəsi Almaniyada 21,3 faiz, Fransada 20,4 faiz, İtaliyada isə 22,8 faiz təşkil edib.Mənbə: AA

Избранный
88
8
afn.az

9Источники