RU

"Ermənistan hökuməti bu halda istefa verə bilər" - Paşinyan

"Xalq istəsə, Ermənistan hökuməti istefa verə bilər".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlament parkında müxalifətin onun istefası tələbi ilə keçirilən mitinqi fonunda keçirdiyi brifinqdə deyib.

"Mən onlarla dəfə bəyan etmişəm ki, əgər Ermənistan Respublikasının xalqı hakimiyyət dəyişikliyini istəyirsə, o zaman Ermənistan Respublikasının xalqı bu dəyişikliyi həyata keçirəcək".

O, parlament binası yaxınlığında çoxlu sayda polis qüvvələrinin və xüsusi texnikanın toplanmasını “qanunvericilik orqanının normal fəaliyyətinin təmin edilməsi” zərurəti ilə izah edib.

İyunun 12-də Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) müxalifət hərəkatının “Vətən naminə” parlament binası yaxınlığında keçiriləcək mitinqindən əvvəl təşkilatçılara konstitusiya quruluşunu pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
50
unikal.az

10Источники