RU

Finlandiya Prezidenti Ukrayna üzrə sammitdə iştirak edəcək

Aleksandr Stubb Ukrayna ilə bağlı sammitdə iştirak etmək üçün İsveçrəyə səfər edəcək
Finlandiya prezidenti Aleksandr Stubb Ukrayna ilə bağlı sammitdə iştirak etmək üçün İsveçrəyə səfər edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Prezident Aparatının saytında məlumat verilib.
“Sammitin məqsədi “Ukraynada ədalətli və davamlı sülhə” aparan yol haqqında ümumi anlayışı inkişaf etdirməkdir”, - bəyanatda deyilir.
Tərəflər sülh prosesinin qısa və uzunmüddətli mərhələlərini, habelə onlara kimin cəlb olunmasını müzakirə edəcəklər. Konfrans Ukrayna tərəfinin təşəbbüsü ilə keçiriləcək.
Bundan əvvəl BMT baş katibi Antonio Quterreşin Ukrayna üzrə 15-16 iyunda İsveçrənin Bürgenstok kurortunda keçiriləcək sammitdə iştirak etməyəcəyini açıqlamışdı.
İsveçrə hökuməti “sülh sammitinə” 160-dan çox ölkədən nümayəndə heyətinin dəvət edildiyini bildirib. Konfrans son aylarda aparılan müzakirələrə əsaslanacaq. Xüsusilə, Ukrayna lideri Volodimir Zelenskinin “sülh formulu” müzakirə olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
1
ayna.az

2Источники