AZ

Finlandiya prezidenti Ukrayna üzrə sammitdə iştirak edəcək

Finlandiya prezidenti Alexander Stubb Ukrayna ilə bağlı sammitdə iştirak etmək üçün İsveçrəyə səfər edəcək. "Yeni Azərbaycan" bu barədə dövlət başçısının aparatının saytında məlumat verilib.

"Sammitin məqsədi Ukraynada ədalətli və davamlı sülhə aparan yol haqqında ümumi anlayışı inkişaf etdirməkdir”, - deyə bəyanatda qeyd edilib. Tərəflər sülh prosesinin qısa və uzunmüddətli mərhələlərini, habelə onlara kimin cəlb olunmasını müzakirə edəcəklər. Konfrans Ukrayna tərəfinin təşəbbüsü ilə keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl BMT baş katibi Antonio Quterreşin 15-16 iyunda İsveçrənin Bürgenstok kurortunda keçiriləcək Ukrayna sammitində iştirak etməyəcəyini açıqlamışdı.


Havar Şəfiyeva 

Seçilən
61
1
yeniazerbaycan.com

2Mənbələr