Lənkəranda bədbəxt hadisə başverib.Məlumata görə bu gün Lənkəran rayonunun Gərmətük kəndi ərazisində "Aztelekom"un əməkdaşı, internet xətti çəkərkən, rayonunun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov yüksək gərginlikli elektrik xəttlərinə toxunub. Bu zaman yüksək gərginlikli elektrik onu yerə çırpıb.Ətrafdakıları köməyi ilə huşsuz vəziyyətdə olan C.Həsənov Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona yerindəcə ilkin tibbi yardım göstərməyə çalışsalar da, onu həyata qaytarmaq mümkün olmayıb. Həkimə qədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.Eltun Məmmədov
Diqqət Çəkənlər
Məktəbli ilə dava edən mühafizəçi işdən çıxarıldı
Qarabağ Universitetində müəllim vakansiyası elan edildi
Lənkəranda qonaq gəldiyi evdən oğurluq edən şəxs saxlanılıb