RU

Nazir müavini hökumətin dövlət borcunun icrasına münasibət bildirib

Hökumətin dövlət borcu ilə bağlı konsepsiyası var və proses bu xəttlə icra edilir. Bunu maliyyə nazirinin müavini Azər Bayramov deyib.

"Dövlət borcu ilə konsepsiya var bunun üzərindən gedirik. Bunun bir necə əsas parametrləri var. Burada əsas ümumi dövlət borcunun həcmidir. Xarici və daxili borc arasında bölgüdür. İşlərimizi bu xəttlə qururuq. Dünyada prosesləri nəzərə alaraq iqtisadi təhlüksizlik baxımdan bunu düzgün sayılırıq. Xarici valyuta risklərimiz baxımdan düzgündür. Daxili bazardakı infilasiyanın kəskin aşağı düşməsi yüksək faizlərin mövcudluğu narahatlıq doğurur”, - nazir müavini iyunun 12-də Milli Məclisdə çıxışı zamanı bildirib. 

Nazir müavini söyləyib ki, dövlət büdcəsindən ayrılan vəsait hansı istiqamətə ayrılıbsa o istiqamət üzrə xərclənməlidir və bu sahədə təhlillər aparılmalıdır.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
86
50
anews.az

10Источники