AZ

III qrupda yüksək bal toplayanları sayında kəskin artım – “Bu ixtisaslar üzrə müsabiqə gərgin olacaq”

“I cəhd imtahanından sonra bu il III ixtisas qrupunda 600-dən çox bal toplayan abituriyentlərin sayı 947 nəfərdir. Keçən il 367 nəfər idi”.

“AzPolitika” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, bu il I cəhd imtahanından sonra III ixtisas qrupunda 500-dən çox bal toplayan abituriyentlərin sayı 3300-nəfərdir. “Keçən il isə 2097 nəfər idi, - o əlavə edib.

K.Əsədov vurğulayb ki, bu il III ixtisas qrupu üzrə “Hüquq”, “Dövlət və İctimai Münasibətlər”, “Tərcümə”, “İngilis dili” müəllimi kimi ixtisaslar üzrə müsabiqə vəziyyəti gərgin olacaq.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
35
azpolitika.info

10Mənbələr