RU

Sinqapurlu nazir Prezident İlham Əliyevlə qarşılaşması barədə xatirələrini bölüşüb (FOTO)

Bakı. Trend:

Bir neçə gün əvvəl Sinqapurda 9-cu Dünya Şəhərləri Sammitikeçirilib. Dünyanın bir sıra şəhərlərinin başçılarının iştiraketdiyi Sammitdə Bakı Şəhər İcra Hakimiyyətinin başcısı EldarƏzizovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, Banqkok, Qlazqo,Şanxay, Praqa, Rotterdam şəhərləri də daxil olmaqla, ümumilikdə 87ölkənin şəhər merlərinin iştirak etdiyi forumun əsas mövzusuşəhərlərin gələcəyi, yaşana bilən və davamlı şəhərlər olub.

Sammit çərçivəsində yaşıl enerjiyə keçid, şəhərlərin daha sağlamolması, davamlı gələcək inkişaf və digər bu kimi mühüm məsələlərmüzakirə edilib.

Forumda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı EldarƏzizov tədbir iştirakçılarına Bakı haqqında məlumat verib. Bildiribki, bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Bakışəhəri keyfiyyətcə dəyişib və kreativ şəhərə çevrilib. Paytaxtda400-ə yaxın park salınıb və hazırda 10 yeni meqa-parkın tikintisiaparılır.

Səfər çərçivəsində nümayəndə heyətinin Sinqapurun davamlılıq vəətraf mühit naziri xanım Greys Fu ilə görüşü keçirilib. Xanım nazirPrezident İlham Əliyevlə qarşılaşması barədə xatirələrini bölüşüb,onun xarici dil bilikləri, siyasi savadı, problemləri düzgün analizetmə qabiliyyətinə heyran olduğunu xüsusi vurğulayıb.

Görüşdə Eldar Əzizov xanım nazirə Bakı şəhəri haqqında nəşrləritəqdim edib.

“Sinqapurda olarkən özünəinam hissimiz daha da artdı. Prezidentİlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı kommunal və bəzidiqər sahələrdə Sinqapurdan nəinki geri qalmır, bir siragöstəricilərə görə onu qabaqlayır. Bu gün Bakı şəhəri daha səliqəlivə təmizdir. Bunu həm yerli vətəndaşlar, həm də şəhərimizə qonaqgələn çoxsaylı turistlər qeyd edir”, - səfəri şərh edərkən EldarƏzizov qeyd edib.

Sinqapurlu
Sinqapurlu
Sinqapurlu
Избранный
71
15
az.trend.az

10Источники