AZ

"Bakıda 10 yeni meqaparkın tikintisi aparılır" - Bakı merindən AÇIQLAMA

Image

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sinqapurda 9-cu Dünya Şəhərləri Sammitində bəyan edib ki, Bakıda 400-ə yaxın park salınıb və hazırda on yeni meqaparkın tikintisi aparılır. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Bakı şəhəri keyfiyyətcə dəyişib və kreativ şəhərə çevrilib:

"Sinqapurda olarkən özünəinam hissimiz daha da artdı. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı kommunal və bəzi digər sahələrdə Sinqapurdan nəinki geri qalmır, bir sira göstəricilərə görə onu qabaqlayır. Bu gün Bakı şəhəri daha səliqəli və təmizdir. Bunu həm yerli vətəndaşlar, həm də şəhərimizə qonaq gələn çoxsaylı turistlər qeyd edirlər".

Mətləb Salahov







Seçilən
69
15
baki-xeber.com

10Mənbələr