Moskvada həkimlər iki aylıq körpənin bağırsaqlarından sancaq çıxarıblar. Körpənin onu necə udduğu isə məlum deyil.
Medicalmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Moskva vilayətinin Səhiyyə Nazirliyi yayıb.
Belə ki, uşaq xəstəxanaya nazik bağırsağın son hissəsində yad cisimlə daxil olub. Xoşbəxtlikdən sancaq bağlı olub və heç bir təhlükə yaratmayıb.
Əməliyyat zamanı həkimlər siqmoid bağırsağa sancağı keçirib, sonra onu çıxarıblar. Bu üsul sayəsində körpə tez sağalıb və artıq evdədir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта