RU

"Qarabağ"ın yay hazırlıq planı

"Qarabağ" məşqlərə iyunun 18-də Bakıda start verəcək. Yığma komandaların üzvləri olan futbolçular isə hazırlığa ayın 23-də qatılacaqlar. "Qarabağ"ın yay hazırlıq planı bəlli olub. Matc.az xəbər verir ki, Azərbaycan çempionunun rəsmi saytında məlumat yayılıb. Ağdam təmsilçisi məşqlərə iyunun 18-də Bakıda start verəcək. Yığma komandaların üzvləri olan futbolçular isə hazırlığa ayın 23-də qatılacaqlar. Bakı toplanışı zamanı “Qarabağ”ın iki yoxlama oyunu keçirməsi planlaşdırılır. Matçlar iyunun 29-da və iyulun 2-də təşkil ediləcək. “Köhlən atlılar” hazırlıq prosesinin ikinci mərhələsi üçün Avstriyaya yola düşəcəklər. Komanda iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Avstriyada iki oyun günündə ümumilikdə 4 yoxlama görüşünün təşkili nəzərdə tutulub. Bu matçlardan ikisi iyulun 9-da, ikisi isə 16-da reallaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
18
matc.az

10Источники