AZ

“Qarabağ” yay hazırlığını bu ölkədə KEÇİRƏCƏK

“Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. 

Millilərin üzvü olan futbolçular komandanın hazırlığına ayın 23-də qoşulacaqlar. 

Paytaxtdakı toplanış çərçivəsində iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub. 

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Azərbaycan çempionu iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi 16-da baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
15
bizim.media

10Mənbələr