RU

Arvadını boğaraq öldürdü - Gəncədə dəhşət

İyunun 11-də 2002-ci il təvəllüdlü Kərimova Münəvvər Elxan qızının Göygöl rayonunun Ağsu kəndi ərazisində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Gəncə şəhər prokurorluğundan bildirilib.

Araşdırmalarla 1992-ci il təvəllüdlü Mustafayev Ceyhun İsrayıl oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Münəvvər Kərimovanı boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Ceyhun Mustafayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

"Cebhe.info"

Избранный
128
31
cebheinfo.az

10Источники