AZ

Gəncədə ər arvadını qətlə yetirdi

Gəncədə ölüm hadisəsi qeydə alınıb.

 

Bu barədə Gündəm.az-a Gəncə şəhər prokurorluğundan məlumat verilib.

 

Qeyd olunub ki, arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub:

 

“İyunun 11-də 2002-ci il təvəllüdlü Kərimova Münəvvər Elxan qızının Göygöl rayonunun Ağsu kəndi ərazisində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.  Araşdırmalarla 1992-ci il təvəllüdlü Mustafayev Ceyhun İsrayıl oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Münəvvər Kərimovanı boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Hadisədən sonra Ceyhun Mustafayev könüllü olaraq polisə təslim olub və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
31
gundem.az

10Mənbələr