Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yeni istifadəyə verilən binasında ilk körpə dünyaya gəlib.
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, mama-ginekoloq Telli Osmanova tərəfindən normal doğuşla çəkisi 2900 q, boyu 51 sm olan qız uşağı dünyaya göz açıb.
10.06.2024-cü il tarixində körpə və anası tam sağlam vəziyyətdə evə yola salınıb.