Kataloniyanın "Barselona" klubunun sabiq futbolçusu Andres İnyesta argentinalı Liopnel Messini futbol tarixinin ən yaxşı futbolçusu adlandırıb.
BAKU.WS Infosfcb-yə istinadən xəbər verir ki, İnyesta ona ünvanlanmış sualı cavablandırarkən Messini hamıdan üstün saydığını deyib: "Tarixin ən yaxşı futbolçusu? Messi. Mənə görə, o, hamıdan üstündür".
Xatırladaq ki, Lionel Messi ötən yay ABŞ-nin "İnter Mayami" klubuna transfer olunub. O, klubun heyətində 29 matçda meydana çıxaraq 25 qol və 16 məhsuldar ötürməyə imza atıb.
BAKU.WS