RU

Gömrük Komitəsi "İnci Group of Companies"ə cərimə yazdı

"İnci Group of Companies" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə,  Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 12 İyun 2024, 08:11   
Избранный
138
12
pravda.az

10Источники