Para" bank olmayan kredit təşkilatı (BOKT) ardıcıl olaraq ikinci ili zərərlə bitirib.
Demokrat.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, BOKT ötən il 1,04 milyon manat zərər edib. Bu, əvvəlki ilə nisbətən 43,2% azdır. "Para" BOKT" 2022-ci il üzrə 1,83 milyon manat zərər açıqlamışdı.
Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri illik müqayisədə 18% azalaraq 4,05 milyon manat, dəyərsizləşmə üzrə zərərləri 32% azalaraq 3,83 milyon manat, işçi heyəti üzrə xərcləri 18,7% azalaraq 282 min manat, ümumi inzibatı xərcləri isə 5% azalaraq 1 milyon manat təşkil edib.
"Para" BOKT ümumilikdə əməliyyatını pis idarə edib. Belə ki, kredit təşkilatı ötən il 1 milyon 42 min manat əməliyyat zərəri ilə üzləşib. Amma bu nəticə 2022-ci ilə nisbətən yaxşıdır. 2022-ci ildə BOKT-nin əməliyyat zərəri 1 milyon 825 min manat təşkil edib.
Ötən il BOKT kiçilib. Belə ki, cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 14,4% və ya 3,5 milyon manat azalaraq 21,11 milyon manat olub.
Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 18% azalaraq 12,1 milyon manat təşkil edib ki, bununla da təşkilatın kredit portfelinin aktivlərdəki payı 60%-dən 57,5%-ə enib.
Bu dövrdə təşkilatın cəmi öhdəliklərinin həcmi 6% və ya 2,5 milyon manat azalaraq 39 milyon manata bərabər olub.
Yığılmış zərəri 50 milyon manatdan 51,5 milyon manata yüksələn “Para” BOKT-nin 17,9 milyon manat kapital çatışmazlığı ilə üzləşib. BOKT 2022-ci ili də 16,9 milyon manat kapital çatışmazlığı ilə bitirib.
8Источники
-
tempinfo.az“Para” BOKT uçurumun kənarında: kapital çatışmazlığı 18 milyon manata çatıb ( 7534912)
-
demokrat.az“Para” BOKT uçurumun kənarında: kapital çatışmazlığı 18 milyon manata çatıb ( 7522300)
-
pravda.az“Para” BOKT uçurumun kənarında: kapital çatışmazlığı 18 milyon manata çatıb ( 7519963)
-
iqtisadiyyat.az“Para” BOKT uçurumun kənarında: kapital çatışmazlığı 18 milyon manata çatıb ( 7509463)
-
azpolitika.info"PARA BOKT"un yığılmış zərəri 51 mln. manatı ötüb - Hesabat ( 7470991)
-
valyuta.az"PARA BOKT"da kritik durum - növbəti dəfə zərər edib, aktivləri azalıb ( 7456858)
-
tribunainfo.az“PARA BOKT”un yığılmış zərəri 51 mln. manatı ötüb – Hesabat ( 7453549)
-
apa.az"PARA BOKT"un yığılmış zərəri 51 mln. manatı ötüb - Hesabat ( 7452529)