AZ

“Para” BOKT uçurumun kənarında: kapital çatışmazlığı 18 milyon manata çatıb

"Para" bank olmayan kredit təşkilatı (BOKT) ardıcıl olaraq ikinci ili zərərlə bitirib.  

İqtisadiyyat.az xəbər verir ki, BOKT ötən il 1,04 milyon manat zərər edib. Bu, əvvəlki ilə nisbətən 43,2% azdır. "Para" BOKT" 2022-ci il üzrə 1,83 milyon manat zərər açıqlamışdı.

Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri illik müqayisədə 18% azalaraq 4,05 milyon manat, dəyərsizləşmə üzrə zərərləri 32% azalaraq 3,83 milyon manat, işçi heyəti üzrə xərcləri 18,7% azalaraq 282 min manat, ümumi inzibatı xərcləri isə 5% azalaraq 1 milyon manat təşkil edib. 

"Para" BOKT ümumilikdə əməliyyatını pis idarə edib. Belə ki, kredit təşkilatı ötən il 1 milyon 42 min manat əməliyyat zərəri ilə üzləşib. Amma bu nəticə 2022-ci ilə nisbətən yaxşıdır. 2022-ci ildə BOKT-nin əməliyyat zərəri 1 milyon 825 min manat təşkil edib.  

Ötən il BOKT kiçilib. Belə ki, cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 14,4% və ya 3,5 milyon manat azalaraq 21,11 milyon manat olub.

Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 18% azalaraq 12,1 milyon manat təşkil edib ki, bununla da təşkilatın kredit portfelinin aktivlərdəki payı 60%-dən 57,5%-ə enib.

Bu dövrdə təşkilatın cəmi öhdəliklərinin həcmi 6% və ya 2,5 milyon manat azalaraq 39 milyon manata bərabər olub.

Yığılmış zərəri 50 milyon manatdan 51,5 milyon manata yüksələn “Para” BOKT-nin 17,9 milyon manat kapital çatışmazlığı ilə üzləşib.  BOKT 2022-ci ili də 16,9 milyon manat kapital çatışmazlığı ilə bitirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
6
iqtisadiyyat.az

8Mənbələr