"Neftçi"nin kapitanı Emin Mahmudov Qurban Qurbanovun Azərbaycan millisindəki qol rekordunu təkrarlayıb.
Prosport.Az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstana qarşı yoldaşlıq matçında fərqlənməklə nail olub.
51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən oyunçu yığmadakı qollarının sayını 14-ə çatdırıb. O, daha bir dəfə fərqlənsə, milli komandanın bombardiri olacaq.
Qeyd edək ki, hazırda Azərbaycan - Qazaxıstan matçında ikinci hissə oynanılır və hesab bərabərdir - 2:2.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта