RU

AVRO-2024: Niderland millisində Frenki De Yonqu kimin əvəzləyəcəyi bəlli olub

Almaniyada keçiriləcək Avropa çempionatında Niderland millisinin futbolçusu Frenki De Yonqu kimin əvəzləyəcəyi məlum olub.

Almaniyanın \"Borussiya\" (Dortmund) klubundan Yan Matsen AVRO-2024-də iştirak edəcək.

İspaniyanın \"Barselona\" komandasından yığmaya cəlb edilən De Yonq zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, Niderland millisi AVRO-2024-də ilk oyununu iyunun 16-da Polşaya qarşı keçirəcək. İyunun 14-də başlayacaq turnir bir ay davam edəcək.
 
///Report
Избранный
94
2
azxeber.com

3Источники