Almaniyada keçiriləcək Avropa çempionatında Niderland millisinin futbolçusu Frenki De Yonqu kimin əvəzləyəcəyi məlum olub.
Almaniyanın \"Borussiya\" (Dortmund) klubundan Yan Matsen AVRO-2024-də iştirak edəcək.
İspaniyanın \"Barselona\" komandasından yığmaya cəlb edilən De Yonq zədə səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, Niderland millisi AVRO-2024-də ilk oyununu iyunun 16-da Polşaya qarşı keçirəcək. İyunun 14-də başlayacaq turnir bir ay davam edəcək.
///Report