RU

Kobaxidze ABŞ-nin Gürcüstana qarşı sanksiyalarını təhqir adlandırdı

ABŞ-nin Gürcüstan rəhbərliyinə qarşı sanksiyaları təhqiramizdir və iki ölkə arasında tərəfdaşlıq ruhuna uyğun gəlmir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Bir daha qeyd etmək istəyirəm ki, sanksiyalar ciddi deyil. Buna görə də ümid edirəm ki, sonda hər şeyə yenidən baxılacaq”, - Kobaxidze Berlində keçirilən Ukraynanın bərpası üzrə konfransın kuluarlarında gürcü jurnalistlərə bildirib.

Baş nazir qeyd edib ki, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin “mümkün qədər dərinləşməsi” Gürcüstanın maraqlarına cavab verir. O, həm Amerika, həm də Avropa tərəfdaşlarından bu istiqamətdə qarşılıqlı addımlar görəcəyini gözləyir. "Bu, gürcü xalqına və dövlətinə düzgün münasibət olardı", - deyə baş nazir əlavə edib və Qərb tərəfdaşlarını "praqmatik addımlar" atmağa çağırıb.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti Avropa İttifaqı və ABŞ-nin sərt bəyanatlarına səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Prezident Salome Zurabişvili mayın 18-də qanuna veto qoyub, lakin parlament bunu mayın 28-də ləğv edib. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller iyunun 6-da bildirib ki, ABŞ onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumları, habelə hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı viza sanksiyaları tətbiq edir.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
32
redaktor.az

10Источники